media-inshot_20251027_203459912

İtaliyanın A Seriyasında çıxış edən “Yuventus” futbol klubu baş məşqçisi İqor Tudorla əməkdaşlığı dayandırıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu qərar komandanın ard-arda gələn nəticəsiz oyunlarından sonra qəbul edilib.

Belə ki, “Yuventus” bu mövsüm A Seriyasında 3 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə çıxış edib. Çempionlar Liqasının qrup mərhələsində isə komanda 2 heç-heçə və 1 məğlubiyyətlə gözləntilərin altında qalıb.

Son 8 oyunda “Yuventus”un nəticələri belə olub:

Dortmund 4-4 Juventus

Hellas Verona 1-1 Juventus

Atalanta 1-1 Juventus

Villarreal 2-2 Juventus

Milan 0-0 Juventus

Juventus 2-0 Komo

Juventus 1-0 Real Madrid

Juventus 1-0 Latsio

Məlumata görə, İqor Tudorun əvəzinə baş məşqçi vəzifəsinə namizədlər arasında Luciano Spalletti, Roberto Mancini, Laurent Blanc və Raffaele Palladino yer alır.

Qeyd edək ki, hazırda komandanın müvəqqəti baş məşqçisi Massimo Brambilla təyin edilib. Yeni baş məşqçinin yaxın günlərdə açıqlanacağı gözlənilir.


Bənzər xəbərlər