media-inshot_20251002_161745394

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü “Eliş” ləqəbli tiktoker Elsevər Nəbiyev saxlanılıb.

Patrulaz.az “Oxu.az”a istinadla xəbər verir ki, E.Nəbiyev ötən həftə Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda sosial şəbəkə üçün çəkiliş zamanı çağırışlar edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyev 30 sutka inzibati həbs edilib.


Bənzər xəbərlər