media-img_6731

Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkətinə məxsus “Starship” raketinin 8-ci sınaq uçuşu geri sayım zamanı ləğv edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatındakı Starbase obyektindən havaya qalxması planlaşdırılan “Starship” raketinin 8-ci sınaq uçuşu hələ açıqlanmayan problemlər səbəbindən buraxılışa 40 saniyə qalmış ləğv edilib.
Növbəti sınaq uçuşu üçün dəqiq bir tarix verilməsə də, Musk “X” sosial media hesabında verdiyi açıqlamada sınaq uçuşunun bir neçə günə yenidən sınaqdan keçirilə biləcəyini bildirib.

Şirkətin internet saytında verilən açıqlamada “Starship” komandasının növbəti sınaq uçuşuna hazırlaşdığı qeyd edilib.


Bənzər xəbərlər