media-inshot_20260212_135444648

Bu ilin yanvar ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma balıq və süd məhsullarının, yumurtanın və kolbasa məmulatlarının qiymətlərində müşahidə edilib.

Paralel olaraq qida rasionunda olan digər məhsulların da qiyməti də artıb.

Bəs bu qiymət artımı nə qədər davam edəcək?

Patrul.az mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirlinin fikirlərini öyrənib.

O bildirib ki, qida rasionunda olan digər məhsulların da qiymətləri yüksəlib:

“Bu isə ailələrin gündəlik xərclərinə birbaşa təsir göstərir. Qiymət artımının davam etməsi bir neçə amildən asılıdır.

Əvvəla prisesdə istehsal faktorları rol oynayır: heyvandarlıq və balıqçılıq məhsullarının çıxışı, hava şəraiti, məhsulun keyfiyyəti və məhsuldarlığı qiymətləri birbaşa təsir edir. İkincisi, tədarük və logistika xərcləri əhəmiyyətlidir; nəqliyyat xərclərinin artması və məhsulun bazara çatdırılmasındakı çətinliklər qiymətləri yüksəldə bilər. Üçüncüsü, qlobal bazar amilləri də əhəmiyyətlidir. Məsələn, idxal olunan məhsulların qiymətləri dünya bazarında dəyişdikcə daxili qiymətlər də təsirlənir”.

media-akif_nesirli

İqtisadçı bu səbəblə, yaxın aylarda qiymətlərin stabilləşməsinin yalnız bu faktorlar nisbətən sabitləşdikdə mümkün olacağını söyləyib:

“Lakin qısa müddətdə, xüsusən də qış aylarında və qlobal bazarda dalğalanmalar davam etdikcə, bəzi məhsullarda qiymət artımlarının davam etməsi ehtimalı yüksəkdir. Bununla yanaşı, hökumətin subsidiyalar, tənzimləmələr və idxal-ixrac siyasəti də qiymətlərin formalaşmasında mühüm rol oynaya bilər. Onların səmərəsizliyi də qiymet artımını tətikləyir”.

Ləman Sərraf


Bənzər xəbərlər