media-photo-output

Patrul.az olaraq 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında telefondan istifadə etməsinə dair xəbər yayımlamışdıq.

“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, həmin sürücü ilə bağlı tədbir görülüb:

“170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında kobud qayda pozuntularına yol verməsi barədə məlumat araşdırılıb. Sürücü P.Salehliyə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilir. Həmçinin sürücülər bu kimi halların yolverilməz olması barədə növbəti dəfə təlimatlandırılıb”.


Bənzər xəbərlər