media-photo-output

Daha bir avtobus sürücüsü sükan arxasında telefonla “çoxfunksiyalı” fəaliyyət göstərir. Görünür, artıq avtobus sürmək təkbaşına darıxdırıcı gəldiyi üçün paralel olaraq mesaj yazmaq, sosial şəbəkələrə baxmaq da işin “vacib hissəsinə” çevrilib.

Patrul.az-ın qaynar xəttinə göndərilən videogörüntüdə 170 saylı avtobusun sürücüsünün sükan arxasında telefonla məşğul olduğu görünür. Görünür, artıq avtobus sürmək təkbaşına darıxdırıcı gəldiyi üçün paralel olaraq mesaj yazmaq, sosial şəbəkələrə baxmaq da işin “vacib hissəsinə” çevrilib.

Amma kiçik bir detal unudulur: o avtobusda sadəcə dəmir yox, insan həyatı daşınır. Bir əl sükan, bir göz telefonda olanda, qalan diqqət hara gedir? Bunu düşünən yoxdur.

Görəsən, bu məsuliyyətsizlik nə vaxt “normal” olmaqdan çıxacaq? Yoxsa hadisə baş verəndən sonra hamı eyni sualı verəcək: “Necə oldu?”

Belə məsuliyyətsiz davranışların qarşısı alınmalıdır. Aidiyyəti qurumların bu kimi hallara ciddi nəzarət etməsi və tədbir görməsi artıq zərurətə çevrilib.

 


Bənzər xəbərlər