media-inshot_20251212_123403539

“Süni dolğu saatlı bombadır, istənilən vaxt partlaya bilər”.

Patrul.az xəbər verir ki, bu sözləri sənətçi Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılova
Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi “Xəzər Axşamı” verilişində qonaq olarkən, süni bədən dolğularının yaratdığı ciddi təhlükələrdən danışarkən deyib.

Müğənni uzun illər süni dolğudan əziyyət çəkdiyini vurğulayaraq, qızlara ondan uzaq durmağa tövsiyyə edib:

“Son zamanlar bəzi kosmetoloq adı altında çalışanlar xanımların bədəninə süni dolğu edirlər. Bu insanı ölümünə apara və yaxud da bədənində çürümə yarada bilər. Süni dolğudan ilərlə əziyyət çəkmişəm. Buradan qızlara səslənərək xahiş edirəm ki, bədəninizə süni dolğu elətdirməyin. Ümumiyyətlə bədən dolğularından uzaq olun”.

A. İsmayılova süni dolğunun yaratdığı fəsadlara görə müxtəlif ölkələrə üz tutduğunu, lakin sonda yenə də Azərbaycanın peşəkar həkimlərindən müalicə aldığını bildirib:

“Moskva, Türkiyə, Dubay və digər bir çox ölkələrdə onun təmizlənməsi üçün problemlər yaşadım. Bunlara baxmayaraq, mən elə öz ölkəmdə sağaldım. Azərbaycanda savadlı, peşəkar və öz işini bilən həkimlər var”, – deyə müğənni əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər