media-rue4c778f3ccf-1

Süni intellekt sistemi “Grok” dünya futbolunda ən yaxşı atmosferə malik 20 stadionun adlarını açıqlayıb.

Patrulaz.az xəbər verir ki, siyahıya Azərbaycan stadionları daxil edilməsə də, Türkiyədən iki məşhur arena yer alıb. Belə ki, “Qalatasaray” klubunun ev oyunlarını keçirdiyi RAMS Park 5-ci, **“Beşiktaş”**ın Tüpraş Arenası isə 13-cü pillədə qərarlaşıb.

Həmin siyahını təqdim edirik:

Siyahının birincisi, Argentinanın Buenos Ayres şəhərində yerləşən “Boca Juniors” futbol klubuna məxsus La Bombonera stadionu stadiondur.

İkincisi, İngiltərənin Liverpool şəhərində yerləşən və “Liverpool” futbol komandasının oynadığı Anfıel stadionudur.

Siyahıda üçüncü yerdə Almaniyanın Dortmund şəhərində yerləşən, “Borussia Dortmund” futbol klubunun oynadığı Sıgnal Iduna park stadionudur.

Siyahıda dördüncü yeri Şotlandiyanın Qlazqo şəhərində yerləşən və “Celtic” klubuna məxsus olan Seltik parkıdır.

Siyahıda 5-ci yerdə isə Türkiyənin İstanbul şəhərində yerləşən “Qalatasaray”ın oynadığı Rams Park stadionudur.

Siyahıda 6-cı yerdə Argentinanın Buenos Ayres şəhərində yerləşən “River Plate” klubuna məsxus Monumental stadionudur.

Siyahıda 7-ci yerdə Serbiyanın Belqrad şəhərində yerləşən “Qırmızı Ulduz” komandasının oynadığı Rajko Mitik stadionudur.

Siyahıda 8-ci yerdə İtaliyanın Neapol şəhərində yerləşən “Napoli” klubuna aid Diego Armando Maradona stadionudur.

Siyahıda 9-cu sırada Portuqaliyanın Porto şəhərində yerləşən və “Porto” fk-nin oynadığı Dragao arenasıdır.

Siyahıda 10-cu yerdə Portuqaliyanın Lissabon şəhərində yerləşən “Benfika” klubunun oynadığı Luz stadionudur.

Siyahıda 11-ci yerdə Polşanın Varşava şəhərində olan “Legia Varşava”nın oynadığı Wojska Polskıego stadionudur.

Siyahıda 12-ci yerdə Yunanıstanın Piraeus ərazisində yerləşən “Olimpiakos” futbol klubunun oynadığı Karaıskakıs stadionudur.

Siyahıda 13-cü yerdə Türkiyənin İstanbul şəhərində yerləşən “Beşiktaş” klubunun oynadığı Türpaş arenasıdır.

Siyahıda 14-cü yerində İngiltərənin Newcastle-upon-Tyne ərazisində yerləşən “Newcastle United” klubuna aid Müqəddəs Ceyms Parkıdır.

Siyahıda 15-ci yerdə İspaniyanın Bilbao şəhərində yerləşən “Athletic Bilbao” klubunun oynadığı San Mames stadionudur.

Siyahıda 16-ci yerdə Hollandiyanın Rotterdam şəhərində yerləşən “Feyenoord” klubunun oynadığı De Kuıp arenasıdır.

Siyahıda 17-cı sırada Şotlandiyanın Qlazqo ərazisində yerləşən “Rangers” komandasının oynadığı İbrox arenasıdır.

Siyahıda 18-ci yerdə İtaliyanın Roma şəhərində yerləşən “Roma və Latsio” klubun oynadığı Roma Olimpiada stadionudur.

Siyahıda 19-cu sırada Misirin Qahirə şəhərində yerləşən “Əl Əhli və Zamalek” komandasının oynadığı Qahir Beynəlxalq stadionudur.

Siyahıda sonuncu -20-ci yerdə Fransanın Paris şəhərində yerləşən “Paris Saint-Germain” klubunun oynadığı Parc Des Prınces arenasıdır.

Qeyd edək ki, süni intellekt sistemi olan “Grok” “X” sosial media platforması tərəfindən hazırlanıb.


Bənzər xəbərlər