media-inshot_20250604_225657587

Sosial şəbəkələrdə 1930-cu ildə istehsal olunmuş Sovet avtomobili kimi yayılan “Tarantaika” adlı fotonun əslində saxta olduğu üzə çıxıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Bluesky, Facebook, Instagram və “X” platformalarında sürətlə yayılan bu görüntü bəzi istifadəçilər tərəfindən “1930 Rus/Sovet Tarantaika” başlığı ilə təqdim olunub. Fotoşəkildəki avtomobilin “Tesla Cybertruck”a da bənzəməsi də onu anlamağı daha da çətinləşdirib. Sosial şəbəkələrdə milyonlarla insan fotonun həqiqiliyi barədə müxtəlif fikirlər səsləndiriliblər. Lakin beynəlxalq fakt yoxlama platforması olan “Snopes” bu iddialara aydınlıq gətirərək, görüntünün gerçək olmadığını təsdiqləyib.

Araşdırmalara görə, “Tarantaika” və ya “Boneshaker” adlı belə bir sovet avtomobilinə dair tarixdə heç bir sübut yoxdur. “Snopes” bildirir ki, foto 2024-cü ilin iyununda Facebook istifadəçisi Joshohoho tərəfindən “Midjourney” adlı süni intellekt platformasında hazırlanıb.

“Snopes”un fakt yoxlamasında bildirilir:

“Heç bir tarixi mənbə 1930-cu illərə aid bu cür avtomobilin mövcudluğunu təsdiqləmir. Foto sadəcə süni intellektin məhsuludur”.

Qeyd edək ki, axtarış sistemləri də arxivlərində də bu adda tarixi bir avtomobilə rast gəlinməyib. “Shutterstock”un təqdim etdiyi “Boneshaker” isə əslində 1869-cu ildə Fransada hazırlanmış velosipedə aiddir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər