media-photo-output

Suraxanı Rayon İcra Hakimiyyətinin və Respublika Qan Bankının birgə təşəbbüsü ilə Suraxanı Tibb Mərkəzində növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.

Patrul.az xəbər verir ki, tibbi aksiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının, struktur-bölmələrinin, Suraxanı Tibb Mərkəzinin rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.

Sağlamlıq imkanları uyğun olan 100-dən artıq vətəndaşdan toplanan qan ehtiyatı müvafiq yoxanışlardan keçirilərək talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

Tibbi aksiyanın keçirilməsində məqsəd hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.

media-15b781bc-1195-40d8-88f1-103d6e5e8381 media-7dad4aa3-6c6b-427a-bccf-9dbc9e703117 media-a84e90c9-8390-4704-86b4-3533ac8cc429 media-61f0b83b-ee03-4441-bd7e-5cf57ff9e7f2 media-85ff0c10-045e-4031-ad9e-20d6d86fe6fa media-e34591fe-342e-4842-a33c-ddbccf705986 media-7aa5c6dd-d0de-420c-8ffa-eaeb13373eca media-a65c0928-6b1d-4675-a4bb-87a2c8a93b6a media-11ce1910-38b0-4b8e-89eb-d2d9159950bb media-09f8cda7-4685-4da8-8fee-86c891562e7d media-a8147adf-9437-42d1-9c96-18f2abfe6eb7


Bənzər xəbərlər