media-inshot_20251014_111725141

Paytaxtın Suraxanı rayonunda talama hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, Zığ qəsəbəsində yerləşən şirkətlərdən birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən həmin şirkətin mühafizə xidməti işçiləri, 34 yaşlı A. İsgəndərov və 35 yaşlı A. Zeynalov saxlanılıblar.

Araşdırmalar davam edir.


Bənzər xəbərlər