Suriyada Əsəd dövrünə aid aşkarlanan gizli zindanda görün nə tapıldı - VİDEO
Suriyanın Homs əyalətinin şərqində, Əl-Məxrəm bölgəsində Bəşər Əsəd rejimi dövrünə aid yeraltı gizli həbsxana aşkarlanıb.
Patrulaz.az “SANA” agentliyinə istinadən xəbər verir ki, həbsxana polis patrulunun araşdırması zamanı, təxminən on gün əvvəl üzə çıxarılıb.
Qapalı dəmir qapılarla qorunan sığınacaqda süngər döşəklər, yun yorğanlar, həmçinin işgəncə alətləri olan dəyənəklər və kəndirlər tapılıb.
Araşdırmalar zamanı ərazidə Əsəd rejimini dəstəkləyən yaraqlılara aid kitab və broşürlər, eləcə də İranın ali rəhbəri Əli Xameneyinin şəkli olan nəşrlər aşkar edilib.
Məlumata görə, yeraltı zindan beş metr dərinlikdə yerləşir və təxminən 40 metrlik tunellə bağlıdır.






