media-470bca2e-c347-4823-8872-28fc83f5ef69

Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində sahibsiz itlərin küçələrdə sərbəst hərəkəti sakinlər arasında ciddi narahatlıq yaradıb.

Patrul.az redaksiyasına göndərilən video görüntülərdə bir qrup itin sürü halında hərəkət etdiyi əks olunub.

Sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlərin uşaqlara hücum etməsi halları demək olar ki, hər gün baş verir. Onlar bildirirlər ki, itlər ac və aqressiv davranır, məhəllələrdə sürü halında dolaşır və buna görə valideynlər uşaqlarını tək buraxmaqdan çəkinirlər.

Sakinlər mövcud vəziyyətin təhlükəli xarakter aldığını vurğulayaraq aidiyyəti qurumların məsələyə müdaxilə etməsini xahiş edirlər. Onların fikrincə, küçələrdə təhlükəsizliyin təmin olunması və sahibsiz heyvanlarla bağlı müvafiq tədbirlərin görülməsi artıq zərurətə çevrilib.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.

Günay Salayeva


Bənzər xəbərlər