media-img_4099

Bakı Dairəvi Yolunun “Sədərək” istiqamətinə gedən hissəsində dəmir arakəsmələr kəsildikdən sonra yol üzərində qalıb. Bu qalıqlar avtomobillərin təkərlərinə ciddi zərər vurur və sürücülər üçün təhlükə yaradır.

Sürücülər Patrul.az-a bildirirlər ki, xüsusilə gecə vaxtı yol qaranlıq olduğundan qalan dəmirləri görmək çətin olur və bu, qəzaların baş vermə riskini artırır. Yol boyunca maşın təkərlərinin cırılması halları artıq bir neçə dəfə müşahidə olunub.

Sürücülər aidiyyəti qurumlardan xahiş edirlər ki, mümkün qədər tez bu təhlükəli qalıqları təmizləsinlər və yolun normal hərəkət üçün təhlükəsiz vəziyyətə gətirilməsini təmin etsinlər.

Günay Salayeva


Bənzər xəbərlər