Sürücünü xilas etsələr də, 21 yaşlı Rəvan avtomobildə yanaraq öldü - VİDEO
Dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev ölüb.
Patrulaz.az xəbər verir ki, hadisə Padar kəndi ərazisində saat 20:30 radələrində baş verib. Nihad Namiq oğlu Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşaraq yanmağa başlayıb.
Yaxınlıqda olan şəxslər sürücünü avtomobildən çıxarmağa müvəffəq olub, lakin ön oturacaqda sıxılmış vəziyyətdə qalan Rəvanı xilas etmək mümkün olmayıb. Nəticədə o, hadisə yerində ölüb.
Hadisənin qəza yerindən görüntüləri yayılıb:






