media-inshot_20260412_144810067

Xəbər verildiyi kimi, son günlər yağan intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.

FHN Mətbuat xidmətindən Patrul.az-a bildirilib ki, bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib

“Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb”, – deyə qeyd edilib.

media-img-20260412-wa0015 media-img-20260412-wa0022 media-img-20260412-wa0020 media-img-20260412-wa0018 media-img-20260412-wa0016 media-img-20260412-wa0017


Bənzər xəbərlər