media-inshot_20260326_155113764

Bakının Nəsimi rayonunda daha bir qanunsuz tikinti mağazası aşkarlanıb.

Patrul.az bildirir ki, rayonun 3-cü mikrorayon dairəsi ətrafında, Seyid Cəfər Pişəvəri küçəsində piyada səkisi zəbt olunub və ərazidə qazıntı işləri aparılır. Qeyd olunur ki, mövcud obyektə əlavə zirzəmi qatının yaradılması məqsədilə torpaq işləri görülür.

Əldə olunan məlumata görə, sözügedən tikinti işlərinin rəsmi icazəsinin olub-olmaması sual altındadır. Bildirilir ki, ərazi üzrə icra nümayəndəliyinin bu tikintidən məlumatlı olduğu iddia edilir. Özünü iş icraçısı kimi təqdim edən, lakin adını açıqlamayan şəxs qeyd edib ki, rəsmi icazələri olmasa da, aidiyyəti qurumlara məlumat verilib və qazıntı işlərindən xəbərdardırlar.

Maraqlıdır, tikinti icazəsi olmayan şəxslərə bu cür işləri görməyə hansı əsaslarla şərait yaradılıb?

Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Bizimesr.az)


Bənzər xəbərlər