Tarixdə ilk: Dünya çempionatı 350 metr yüksəklikdə oynanılacaq - VİDEO
Səudiyyə Ərəbistanı dünyanın ən hündür stadionunu tikməyi planlaşdırır.
Patrulaz.az xəbər verir ki, 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanı 350 metr hündürlükdə inşa ediləcək dünyanın ilk səma stadionu – “NEOM Sky Stadium” layihəsini təqdim edib.
Stadionun tikintisinə 2027-ci ildə başlanılacağı, 2032-ci ildə isə başa çatdırılacağı planlaşdırılır.
46 min tamaşaçı tutumu nəzərdə tutulan “NEOM Sky Stadium”un tamamilə günəş və külək enerjisi ilə işləyəcəyi bildirilir.
Qeyd edək ki, 350 metr hündürlükdə, yan tərəfləri açıq və asılı formada inşa ediləcək stadion memarlıq baxımından dünyada bir ilk olacaq.
Gülbəniz Səfərova






