media-img_5906

Tayvan adası ətrafında 36 Çin hərbi təyyarəsi və 8 gəmi aşkarlanıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi “X” sosial media platformasındakı hesabında verdiyi açıqlamada dünən axşamdan bu səhərə qədər Tayvan adası ətrafında 36 hərbi təyyarənin aşkarlandığını açıqlayıb. Bildirilib ki, bunlardan 29-u Tayvan boğazında tərəflərin təsir zonalarını ayırması hesab edilən “orta xətti” keçərək, Tayvan tərəfindən “Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası (ADİZ)” elan etdiyi ərazinin şimal, mərkəzi, cənub-qərb və cənub-şərq bölgələrində uçuşlar həyata keçirib.


Bənzər xəbərlər