media-img_2348

“Azərbaycan Türk Dövlətləri Təşkilatına böyük önəm verir, onun yaradılması ilə yanaşı bu birliyin dünya miqyasında nüfuz qazanması üçün də bütün imkanlarını təfərbər edib. İki gün öncə Macarıstanın paytaxtı Budapeştdə büynəlxalq aləmdə böyük rezonans doğurmuş TDT dövlət başçılarının Zirvə görüşündə də Azərbaycan öz sözünü dedi. Bu gün isə Azərbaycanda Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü keçirilir. Prezident tərəfindən görüş iştirakçılarından ibarət nümayəndə heyətinin qəbul edilməsi bu təşkilatın inkişafına göstərilən diqqətdir”.

Bunu Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-a1719fb9-1aa6-4aa6-9ff6-d16d1de11051
Deputat bildirib ki, görüşdə çıxış edən Prezident İlham Əliyevin Azərbaycanın təşəbbüsləri barədə söylədiyi fikirləri maraqla qarşılanıb: “Birinci qeyri-rəsmi Zirvə görüşünün ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilməsi və Büdapeştdə belə qeyri-rəsmi görüşlərin müntəzəm olaraq keçirilməsi ilə bağlı təkliflər Təşkilatın fəaliyyətində yeni mərhələnin başlandığına bir işarədir. Bu gün dünyada münasibətlər sistemi dəyişib, doğruluq, ədalətlilik, etibarlılıq, inam, iradə ölkələrin ölkələrin, birliklərin yaşamını təmin edən amillərdir. TDT-də üzv və müşahidəçi ölkələrin ortaq maraqlarının olduğu hər keçən günbəlli olmaqdadır. Üzv ölkələr arasında əlaqələrin genişlənməsi, iqtisadi əlaqələrdə balanslılıq, milli maraqlara hörmət ortaq maraqların ölçüsünü artırır. Əlbəttə, dost, strateji tərəfdaş, müttəfiq ölkələrin iştirakı ilə qurulan birliklər də uzunömürlü olur. Bu, iqtisadiyyatda dayanınlılığı, yeni çağırışlara daha operativ reaksiya verməyi təmin edir. Təşkilata üzv ölkələrdə daxili sabitliyi də bura əlavə edə bilərik. Daxili işlər orqanlarının birgə fəaliyyəti ictimai asayişin qorunmasında müsbət amildir, uzunmüddətli sabitliyi təmin edilməsində əvəzedilməzdir”.

Ləman Sərraf


Bənzər xəbərlər