Təhlükə saçan elektrik dirəkləri – VİDEO
Salyan rayonunun İkinci Varlı kəndində elektrik xətləri keçən dirəklər çürüyərək yararsız hala düşüb, lakin hələ də elektrik verilməsində istifadə olunan naqillər həmin dirəklərdən asılıdır.
Patrulaz.az-a daxil olan şikayətdə yaşayış ərazisində olan təhlükəli vəziyyətlə bağlı adiyyatı qurumlara müraciət olunmasına baxmayaraq, məsələ ilə heç kimin maraqlanmadığı bildirilib. Vəziyyət o həddə çatıb ki, dirəklərdən bəziləri kök hissədən sınaraq yaşayış olan evlərin daş hasarlarına, qaz xətlərinin borularına söykənmiş halda qalıb. Yəni kiçik bir toxunuşda elektrikli dirəklər qırılaraq insanların üzərinə düşə bilər, yanğınların baş verməsinə səbəb ola bilər.
Maraqlıdır, şikayətlərə laqeyd yanaşan qurumlar bu kimi bədbəxt hadisələr baş verdiyi zaman məsuliyyəti öz üzərinə götürəcək ?






