media-2061040_827

Oktyabrın 23-də İranda saxlanılan telefon oğrusu ondan alınan müsahibə zamanı gözlənilməz cavab verib.

Patrulaz.az İran mediasına əsasən xəbər verir ki, həbs edilən oğru, jurnalistin “Oğrunun “iPhone”larımızı oğurlamaması üçün nə etməliyik?” sualına qeyri-adi cavab verib.

Vətəndaşların telefonlarını oğurladığına görə saxlanılan sözügedən şəxs, özünün və digər oğruların fəaliyyətini təşviq etməmək məqsədi ilə insanlara “iPhone almayın”, deyə tövsiyə verib.

“İnsanlar, iPhone almayın ki, biz də onları oğurlamayaq!” – deyə o, üzünü tutaraq bildirib.

Oğrunun bu cavabı qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər bu reaksiyanı həm gülməli, həm də düşündürücü adlandırıblar.

 


Bənzər xəbərlər