"Televizorunuzu yandırın, onlara nə baş verdiyini görəcəksiniz" - TRAMP
“Televizorunuzu yandırın və onlara nə baş verdiyini görəcəksiniz”.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik qaçaqmalçılığı ilə məşğul olan kartelləri təhdid edərkən deyib.
Tramp ABŞ-nin yaxın vaxtlarda Venesueladakı narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlayacağını elan edib:
“Biz bu gün administrasiyamın xarici narkotik kartellərini təqib etmək və xarici ölkədən çıxarmaq üçün son həftələrdə həyata keçirdiyi genişmiqyaslı, görünməmiş və tarixən uğurlu əməliyyatı müzakirə etmək üçün buradayıq. ABŞ tezliklə Venesuelada narkotik kartellərinə qarşı quru əməliyyatlara başlayacaq. Bu, artıq Amerika tarixində ən uğurlu antikartel əməliyyatıdır və yeni başlayır. Kampaniyada söz verdiyim kimi, biz onlara qarşı heç vaxt görmədikləri kimi müharibə aparırıq”.
ABŞ lideri Kolumbiyanın rəhbərliyini tənqid edib və kartelləri “Qərb yarımkürəsinin İŞİD-i” adlandırıb:
“Kolumbiya narkotik yuvasıdır, quldur isə bu ölkənin lideridir. Biz buna daha çox dözməyəcəyik”.
O, həmçinin ABŞ-nin tezliklə ölkəyə narkotik tədarük edən insanları öldürməyə başlayacağını təklif edib:
“Onlar öləcəklər”, – deyə Tramp yekunlaşdırıb.
Qeyd edək ki, Kartellər əsasən narkotik maddələrin istehsalı, daşınması və satışı ilə məşğul olan silahlı cinayət təşkilatlarıdır. Onlar qeyri-qanuni ticarətdən böyük gəlir əldə edir, dövlət orqanlarına təsir göstərir və rəqiblərinə qarşı qəddarlıqla davranırlar. Kartellər həm də qətllər, adam oğurluqları və silahlı toqquşmalarla tanınır.






