media-inshot_20251029_144334648

Cəmiyyətimizdə taksi sürücülərinə qarşı kiberdəlduzluq halları ilə tez-tez rastlaşırıq. Bunlardan biri də saxta profil təklifidir. Belə ki, rəsmi şirkət adından profillərin açılması ilə bağlı sürücülərə təkliflər edilir və bu proses yekunlaşmamış isə onlardan pul istənilir. Profil açıldıqda isə sürücü ona daxil olmadan, dələduzlar pulları mənimsəyərək ortadan yoxa çıxır.

Bəs bu kimi halların kiberdələduzluq olduğunu necə müəyyən etmək olar?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrulaz.az-a açıqlamasında bildirib ki, bu cür hallarla rastlaşan sürücülər mütləq ki, aidiyyatı üzrə rəsmi şəxslərlə əlaqə saxlamalıdır:

media-inshot_20251029_144235778

“Belə halların qarşısını almaq üçün mütləqdir ki, sürücülər ayıq-sayıq olsunlar. Onlar mütləq şəkildə çalışdıqları şirkətlərin rəsmi və ya cavabdeh şəxsləri, həmçinin həmin şirkətlərin reklam nümayəndələri ilə əlaqə saxlamalıdırlar ki, bu kimi problemlər aradan qalxsın. Təbii ki, bu, bəyəniləsi hal deyil. Belə halların qarşısını almaq üçün aidiyyəti üzrə, çalışdıqları və ya əməkdaşlıq etdikləri şirkətlərdən təsdiq mesajı aldıqdan sonra hərəkət etmək olar”.

A. Əsədov sonda sürücülərə müraciət edərək bildirib ki, kiberdələduzluq halları ilə üzləşən şəxslər dərhal dövlət orqanlarına məlumat verməlidirlər:

“Əgər bu məsələ ilə bağlı pul tələb olunursa və şəxs əmin olursa ki, bu kibercinayətdir və ya dələduzluq halıdır, o zaman müvafiq dövlət qurumlarına müraciət etmək mütləqdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər