media-inshot_20250623_182817141

“Ölkəmizə edilən xaiş üzrə Azərbaycanın siyasi rəhbərliyi, Xarici İşlər Nazirliyi, Konsuluq İdarəsi bir qayda olaraq, ciddi şəkildə xarici vətəndaşların ölkəmizin ərazisindən öz dövlətlərinə keçməklərini təmin edib”.

Bu fikirləri Patrulaz.az-a politoloq Tofiq Abbasov İran-İsrail müharibəsi səbəbilə xarici vətəndaşların Azərbaycan vasitəsilə təxliyə olunması prosesi ilə bağlı açıqlamasında deyib. Politoloqun sözlərinə görə, Azərbaycan həmişə olduğu kimi, xarici vətəndaşların təxliyyəsi prosesində də şəffaf siyasət yürütdü:

“Bizim ölkəmiz həmişə aydın və şəffaf siyasət yeridir. Biz heç vaxt ikili standartlara varmırıq. Bütün məsələlərlə bağlı həmişə dəqiq münasibətimizi bildiririk. O cümlədən münaqişəli vəziyyətlərlə də çağırışlarımız yalnız sülhün əldə olunmasına bağlıdır.

İranda qalan Rusiya və digər vətəndaşlara gəldikdə, bildiyimiz kimi, onların arasında Rusiyanın artistləri, musiqiçiləri, kino xadimləri də daxil olmaqla, hamsını Azərbaycan layiqli bir şəkildə qarşılayaraq, lazimi tədbirləri həyata keçirdi. Nəticədə, onlar maneəsiz və ləyaqətlə öz vətənlərinə döndülər. Oradan təkcə Rusiya deyil, bir neçə ölkənin vətəndaşları da keçib”.

media-infoteka-az_2350_6368d93ce8817

T. Abbasov vurğulayır ki, Azərbaycan ekstremal vəziyyətlərdə belə çevik tədbirlər görərək, həm yerli, həm də xarici vətəndaşların təhlükəsizliyini təmin etməyə xüsusi önəm verir:

“Əlbəttə onların hamsının təsəvvüründə Azərbaycan son dərəcə sabit və sakit ölkə olması ilə qaldı. Biz həmişə bütün ekstremal vəziyyətlərlə bağlı da çalışırıq lazimi tədbirləri görək ki, dərin və müəmmalı məqamların qarşısı alınsın. Bu həm öz, həm də xarici vətəndaşlarımıza tətbiq olunan məsələdir. Əgər onlar qayda-qanunları pozmadan ölkəmizə sayğıyla yanaşırsa, əlbəttə ki, həmişə onların ölkəmizdə yeri olacaq və lazimi dəstək də veriləcək”.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər