media-3_1_1784805255

Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib.

Patrul.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.

“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.

Qeyd edək ki, T.Mirzəyev iyulun 22-si 94 yaşında İsraildə vəfat edib.

media-mbuclapryg0j6zlaq1h3iezsmmpyrp6l8p7u2qsv_1200_1784805255 media-rl6feksmgwdakjbrirdm6dscewwjvbh8gqgpyv0t_1200_1784805255 media-jpdak8u6p95hyv8qrqv1nhk2uphlkghh9ewsneir_1200_1784805255 media-corapjgblphbhwngaazvf7rvnxn6ohvscme2jyxd_1200_1784805255


Bənzər xəbərlər