Milli Mətbuat Günündə acı xəbər: Jurnalist Rüfət Əhmədzadə vəfat edib
Azərbaycanda Milli Mətbuat Gününün qeyd olunduğu 22 iyul tarixində media sahəsində sarsıdan ağır itki baş verib.
Patrul.az xəbər verir ki, tanınmış jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə (ədbi təxəllüsü ilə Adam Rüfət) qəfil vəfat edib.
Gənc yazarın meyiti hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.
Hadisə barədə ilkin məlumatı jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında paylaşıb.
Yerli media qurumlarının yaydığı ilkin ehtimallara görə, gənc jurnalistin intihar etdiyi bildirilir. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi, ölümün dəqiq və rəsmi səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, dünyasını dəyişən Rüfət Əhmədzadə ölkənin tanınmış jurnalistlərindən olan Aygün Əhmədovanın qardaşıdır.






