Tovuzda piyadanı maşın vurdu, hadisə yerində öldü
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Mərdan Musayev küçəsində qeydə alınıb.
Qəza zamanı 85 yaşlı piyada Qiyas Musayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.






