media-edcd1826-9b1c-4aa1-982b-816b64266a16

Patrul.az olaraq Bakı şəhəri Heydər Əliyev prospektində toy karvanı ilə hərəkətdə olan “Kia Rio” markalı nəqliyyat vasitəsinin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntünü ictimailəşdirmişdik.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarədən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb və qayda pozuntusuna yol verən şəxsin sürücü Rafiq Məlikov olduğu müəyyən edilib.

Qeyd olunub ki, həmin sürücü barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən Rafiq Məlikov 30 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.

Qurumdan həmçinin bildirilib ki, yol hərəkəti qaydalarının pozulması, xüsusilə ictimai təhlükəsizliyə təhdid yaradan avtoxuliqanlıq halları ilə bağlı tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.


Bənzər xəbərlər