Tramp 2020-ci ildə qaradərilini öldürməkdə təqsirli bilinən 2 polisi əfv edib
ABŞ prezidenti Tramp yeni əfv fərmanları verib.
Patrulaz xarici KİV-ə istinadən xəbər verir ki, Tramp 2020-ci ildə Karon Hylton-Brown adlı 20 yaşlı qaradərili gənci öldürdüyünə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş paytaxt Vaşinqton polisini qeyd-şərtsiz əfv edib. ABŞ prezidenti eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il azadlıqdan məhrum edilən digər polis əməkdaşını da əfv edib.
Qeyd edək ki, Tramp vəzifəsinin ilk günündə imzaladığı fərmanla 6 yanvar 2021-ci ildə Konqresə basqında iştirak edən təxminən 1600 nəfəri əfv etdi .