Tramp: "8 avqust Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün olacaq"
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bu gün Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə baş tutacaq görüş ilə bağlı diqqətçəkən açıqlama yayıb.
Patrulaz.az xəbər verir ki, ölkə başçısı 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçiriləcək görüşü “Tarixi Sülh Sammiti” adlandırıb.
“Bu iki millət uzun illərdir müharibə aparırdı ki, bu da minlərlə insanın ölümünə səbəb olub. Bir çox liderlər bu müharibəni dayandırmağa çalışsalar da, uğur əldə edə bilmədilər – indiki ana qədər. TRAMP sayəsində bu baş verir”, – deyə Tramp vurğulayıb.
Prezident daha sonra bildirib ki, onun administrasiyası uzun müddətdir hər iki tərəflə əməkdaşlıq edir:
“Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə mənə qoşularaq sülh sazişinin rəsmi imzalanma mərasimində iştirak edəcəklər. ABŞ həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayaraq Cənubi Qafqaz regionunun potensialını tam şəkildə ortaya çıxarmaq üçün iqtisadi imkanların birgə inkişafına çalışacaq”, – deyə Tramp əlavə edib.






