"Bura necə yerdir?" - Tramp BMT-ni tənqid etdi
“BMT-də üçlü təxribatla üzləşdim”.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı və ondan sonra baş verən uğursuzluqları “Truth” hesabında sərt tənqid edərkən qeyd edib.
Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, əvvəlcə əsas mərtəbəyə aparan eskalator qəfil dayanıb və o, həyat yoldaşı Melaniya ilə birlikdə az qala yıxılıb. O, bunu “tamamilə təxribat” adlandırıb.
ABŞ lideri daha sonra teleprompterin işləmədiyini bildirib:
“Əvvəl eskalator, indi də pis teleprompter. Bura necə yerdir?” -deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, çıxış zamanı zalda səs sistemi də söndürülüb, buna görə dünya liderləri tərcümə qulaqlıqları ilə nitqi izləyə bilməyiblər. Tramp iddia edib ki, həyat yoldaşı Melaniya belə çıxışdan heç nə anlamayıb.
“Bu təsadüf deyildi. BMT-də üçlü təxribat idi”, – ABŞ Prezidenti vurğulayıb.
Gülbəniz Səfərov






