media-inshot_20251006_094843913

“Bu danışıqlar sürətlə və yaxşı gedir”.

Patrulaz.az “UNN”a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp HƏMAS-la danışıqların aparılması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu həftə sonu HƏMAS qruplaşmasının nümayəndələri ilə çox müsbət danışıqlar aparılıb. O bildirib ki, Qəzza zolağında münaqişənin nizamlanması üzrə danışıqların birinci mərhələsinin gələn həftə başa çatacağı gözlənilir:

“Texniki qruplar detalları işləyib yekunlaşdırmaq üçün bazar ertəsi Misirdə yenidən bir araya gələcək. Mənə dedilər ki, birinci mərhələ bu həftə başa çatmalıdır və mən hamını tez hərəkət etməyə çağırıram”, – ABŞ Prezidenti qeyd edib.

Tramp, həmçinin girovların azad edilməsi, Qəzza zolağında müharibənin dayandırılması və Yaxın Şərqdə sülhün əldə edilməsi ilə bağlı “ərəb, müsəlman və dünyanın digər ölkələri” ilə aparılan danışıqların uğurla nəticələndiyinə işarə edib.

Xatırladaq ki, sentyabrın 29-da Donald Tramp Qəzzada 20 bəndlik sülh planını Netanyahula görüşündən sonra ictimaiyyətə açıqlayıb. Sülhün əsas bəndi HƏMAS üzvlərinin tərkisilah olunmasıdır. HƏMAS isə silahlarını “beynəlxalq nəzarət altında olan Fələstin-Misir hakimiyyətinə” təhvil verməyə razılaşıb.

Sentyabrın 3-də HƏMAS Donald Trampın Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq planı ilə də razılaşıb. Onlar məhbusları azad edəcək və anklavda nəzarəti Fələstin hökumətinə verəcəklər.

Qeyd edək ki, Trampın sülh planı ilə bağlı danışıqlar bazar ertəsi Misirdə planlaşdırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər