Tramp Husiləri yenidən xarici terror təşkilatları siyahısına əlavə edib
ABŞ prezidenti Donald Tramp Bayden administrasiyasının xarici terror təşkilatları siyahısından çıxardığı Yəməndə husilər kimi tanınan “Ənsarallah” təşkilatını yenidən siyahıya əlavə edib.
“Patrulaz” xarici mətbuata istinadən xəbər verir ki, Tramp prezident fərmanı ilə Husiləri yenidən terror təşkilatları siyahısına daxil etdiyini ifadə edib. O, 2021-ci ildə səlahiyyət müddətinin son günlərində Husiləri də bu siyahıya əlavə etdiyini, lakin Bayden rəhbərliyinin husiləri siyahıdan çıxardığını qeyd edib. Tramp İranın bölgədə terror fəaliyyətlərini yaymaq səylərinə işarə edərək, Husilərin xüsusilə Qırmızı dənizdə gəmilərə hücumları səbəbilə bu təşkilatın yenidən siyahıya alınması lazım olduğunu bildirib. Trampın fərmanına əsasən, ABŞ Dövlət Departamenti 30 gün ərzində Husiləri rəsmən terror təşkilatları siyahısına daxil edəcək.