"Tramp-Putin görüşü yalnız müsbət nəticə olarsa mümkün olacaq" - Ağ Ev
“Donald Tramp və Vladimir Putin arasında görüş yalnız hiss olunan müsbət nəticə olduqda mümkündür”.
Patrulaz.az “UNN”a istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Caroline Leavitt deyib.
Leavitt qeyd edib ki, Tramp sadəcə danışmaqla kifayətlənmir, onun nəticəsini də görmək istəyir:
“O, Rusiyanın sülh istədiyini və sülh müqaviləsi bağlamaq niyyətində olduğunu ifadə etsə də, bunun belə olmadığına inanır. Prezident söz yox, əməl görmək istəyir və bu müharibənin hər iki tərəfində irəliləyiş olmadığından getdikcə daha çox məyus olur.
Ağ Evin sözçüsü həmçinin vurğulayıb ki, Tramp ilə Putin arasında görüşün gələcəkdə baş tutma ehtimalı istisna deyil:
“Prezident və administrasiya bir gün bunun yenidən baş verəcəyinə ümid edir, lakin görüşün nəzərəçarpacaq müsbət nəticə verəcəyinə əmin olmaq istəyirik”, – deyə Caroline Leavitt əlavə edib.
Xatırladaq ki, Donald Tramp bu gün açıqlamasında Budapeştdə Rusiya Prezizdenti Vladimir Putinlə baş tutmalı olan görüşünü ləğv etdiyini söyləyib.
Gülbəniz Səfərova






