Tramp: "Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq"
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həlli istiqamətində razılaşmanın əldə olunmaq üzrə olduğunu açıqlayıb.
Patrulaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı İsrailin hücumlarına məruz qalan Qəzza ilə bağlı nikbin açıqlama verib.
“Görünür, Qəzza razılaşması əldə olunub. Biz Qəzza razılaşmasına yaxınıq…”
Onun sözlərinə görə, gözlənilən saziş girovların qaytarılmasını və hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
“Düşünürəm ki, bu razılaşma çərçivəsində biz girovları qaytaracağıq və müharibəni bitirəcəyik”, – deyə ABŞ lideri bildirib.
Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışından əvvəl bir çox nümayəndə heyəti iclas zalını tərk etmiş, zalda fit səsləri və narazılıq şüarları eşidilmişdi.
Gülbəniz Səfərova






