Tramp Şimali Koreya lideri Kimlə əlaqə saxlayacağını bildirib
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn-lə əlaqə saxlayacağını bildirib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Trampdan Şimali Koreya lideri Kim ilə əlaqə saxlayıb-saxlamayacağı sualına yenidən əlaqə saxlayacağı ilə bağlı cavab verib.
Qeyd edək ki, 2019-cu ilin iyununda Tramp yarımadanı Şimali və Cənubi Koreyaya bölən “demilitarizasiya zonasında” Şimali Koreya lideri Kim ilə görüşdü və Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ prezidenti oldu .