media-e67b4bd7-47fc-4efa-9587-c94fbd38e96d

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə müharibəyə son qoymaq üçün danışıqların Rusiyadan daha çətin olduğunu bildirib.

Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Rusiyanın sülh danışıqlarına hazır olduğunu düşündüyünü qeyd edib: “Düşünürəm ki, bizim Rusiya ilə anlaşmamız var. Zelenski ilə razılaşmalıyıq”,-deyə o, vurğulayıb. Tramp əlavə edib: “Mən Zelenski ilə məşğul olmağın daha asan ola biləcəyini düşündüm. İndiyə qədər bu, daha çətin olub”.

Ötən günlərdə Tramp, sosial şəbəkə hesabında Ukraynanın Krımın işğalını tanımayacağına dair Zelenskinin açıqlamasını tənqid edib. O, bu bəyanatın Rusiya ilə sülh danışıqları üçün çox zərərlidir olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-nin “Axios” xəbər saytı, Tramp administrasiyasının Ukrayna rəsmilərinə təqdim etdiyi sülh planının Krımın Rusiya tərəfindən “de-yure” işğalını tanımağı və Ukraynanın NATO-ya üzv olmamaq öhdəliyini nəzərdə tutduğunu bildirir. Trampın təklifi, Zelenskidən böyük güzəştlər tələb edəcəyinə işarə edir və Ukrayna hökuməti bu təklifi Rusiyaya qarşı çox qərəzli hesab edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər