Trampdan HƏMAS-a hədə: "Ya qəbul et, ya da öl"
ABŞ Prezidenti Donald Tramp təklif etdiyi Qəzza planını qəbul etmək üçün HƏMAS-a verdiyi vaxtı açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp HƏMAS-ı hədələyərək 6 oktyabra qədər vaxt verib. ABŞ lideri sosial şəbəkədəki paylaşımında bunları qeyd edib:
“Həmas 7 oktyabr 2023-cü ildən bəri 25 min insan itirib. Qalanların çoxu hazırda mühasirəyə alınıb. Mənim zərbə əmrimlə öldürüləcəklər. Sizin harada olduğunuzu və kim olduğunuzu bilirik və sizi öldürəcəyik. Bütün fələstinliləri həyatlarını itirəcəkləri bu dəhşətli yeri tərk etməyə və dərhal Qəzzanın daha təhlükəsiz bölgələrinə köçməyə çağırıram”.
Xatırladaq ki, sentyabrın 29-da Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Qəzzada sülhlə bağlı 20 bəndlik planını açıqlayıb.
İsrail planı qəbul etdiyini açıqlasa da, HƏMAS-dan cavab verilməyib.






