ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda (WEF) etdiyi çıxışda Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə edilməsi üçün səylərin davam etdiyini bildirib.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Ukrayna razılaşmaya hazır olduğunu bəyan edib. Tramp müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması ilə bağlı NATO ölkələrindən xahiş edəcəyini bildirib. Həmçinin Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunması istiqamətində səylərin davam etdiyi qeyd olunub.

Tramp yaxın zamanda Putin ilə görüşmək istədiyini də vurğulayıb.


Bənzər xəbərlər