media-inshot_20260520_100026011

Türkiyənin TRT 1 telekanalında yayımlanan və reytinq rekordları qıran “Taşacak bu deniz” serialının birinci mövsümünün başa çatacağı tarix müəyyənləşib.

Patrul.az xəbər verir ki, ekran işi cari ilin 5 iyun tarixində yayımlanacaq 31-ci bölümü ilə yay fasiləsinə yollanacaq.

Hazırda layihənin 28 bölümü işıq üzü görüb və növbəti – 29-cu seriyanın anonsu tamaşaçılara təqdim olunub. Bununla da serialın mövsüm finalına cəmi 3 bölümü qalıb.

Qeyd edək ki, çəkilişləri Trabzon şəhərində aparılan dram janrlı bu ekran işinin süjet xətti Qara dənizin sərt və hırçın təbiətində iki düşmən ailənin – Furtunalılar və Koçarililərin bitmək bilməyən qan davasından bəhs edir. Ekran işində keçmişdə böyük sevgi yaşamış Adil Koçari ilə Esme Furtunanın hekayəsi, eləcə də bu ailələr arasında qalan gənclərin imkansız sevgisi təsvir olunur. Yunanıstanda yaşayan Eleni adlı gənc qadının öz köklərini və ailəsini araşdırmaq məqsədilə Qara dənizə gəlməsi isə tərəflər arasındakı bütün gizli həqiqətləri və tarazlıqları alt-üst edir.

Serialın baş rollarını Ulaş Tuna Astepe (Adil Koçari) və Deniz Baysal (Esme Furtuna) canlandırırlar. Layihənin digər əsas rollarında isə Burak Yörük və Ava Yaman çıxış edirlər.

Xatırladaq ki, ilk yayım tarixi 10 oktyabr 2025-ci il olan ekran işi Türkiyənin tanınmış “OGM Pictures” prodüser şirkəti tərəfindən ərsəyə gətirilir. Serialın prodüseri Onur Güvenatam, rejissoru Çağrı Bayrak, ssenari müəllifləri isə Ayşe Ferda Eryılmaz və Nehir Erdemdir.

Qeyd edək ki, layihənin yeni bölümlərini və fraqmentlərini rəsmi şəkildə TRT 1 platforması və “Taşacak Bu Deniz”in rəsmi yutub kanalı vasitəsilə izləmək mümkündür.


Bənzər xəbərlər