media-inshot_20250918_155127308

“Atam da, anam da türkdür. Türk olduğumla fəxr edirəm”.

Patrulaz.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian etnik kimliyi ilə bağlı yayılan fərziyyələrə aydınlıq gətirərkən deyib.

O, müxtəlif müsahibələrində həm atasının, həm də anasının türk olduğunu vurğulayaraq, “Mən türk olduğum üçün fəxr edirəm” ifadəsini işlədib.

Prezident Pezeşkianın doğma türk (Azərbaycan) dilində danışması türk dövlətləri arasında böyük qürurla qarşılanır.

Xatırladaq ki, o, 28 aprel 2025-ci ildə Bakıda keçirilən Azərbaycan–İran Biznes Forumunda çıxışı zamanı dahi şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd də səsləndirib. Onun bu çıxışı zalda alqışlarla qarşılanıb.

Qeyd edək ki, 2024-cü ilin iyulunda keçirilmiş prezident seçkilərində islahatçı cinahın namizədi kimi çıxış edən Pezeşkian ikinci turda Səid Cəliliyinə qalib gələrək İranın 9-cu prezidenti seçilib. Bu vəzifəyə qədər o, səhiyyə naziri və millət vəkili kimi fəaliyyət göstərib.

Pezeşkian 7 uşaqlı ailənin beşinci övladıdır. Onun anası Məhbubə Sudbaxş 1930-cu ildə Urmiyada anadan olub, atası Məhəmməd Əli isə əczaçılıq sahəsində çalışıb. Ailə bir müddət Mahabad şəhərində yaşayıb.

media-img_20250918_153711_058

media-img_20250918_153711_134 media-img_20250918_153711_489 media-img_20250918_153711_236

media-img_20250918_153711_323
İran Prezidenti Məsud Pezeşkian və ailəsi

Bənzər xəbərlər