media-91130692

Tanınmış bloqerin vəfat edən bacısının orqanlarının bağışlanması cəmiyyətdə müxtəlif reaksiyalar doğurdu. Bu hadisə orqan donorluğunun dini baxımdan necə qiymətləndirildiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Görəsən, İslam dini orqan bağışlanmasına necə yanaşır?

Patrul.az mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib.

O bildirib ki, islam dininə görə orqan bağışlamaq icazəlidir:

“Mərhumun ya özü sağlığında bununla bağlı vəsiyyət etməli ya da onun varisləri buna icazə verməlidir. Qurana görə bir insana həyat vermək bütün insanlığa həyat vermək kimidir. Vəfat etmiş şəxs öz vəsiyyəti ilə sağlığında icazə verməlidir. Yoxsa icazəsi, razılığı olmadan öləndən sonra onun orqanlarını çıxarıb istifadə etmək İslam hüququna görə cinayət və böyük günahdır”.

media-orqannnnnn

Həmsöhbətimizin fikrincə, ümumiyyətlə orqan bağışlamaqla bağlı problem yoxdur:

“Hətta sağ adam da özünə zərər vermədiyi halda orqanının bir hissəsini digər insanın həyatını xilas etmək naminə bağışlaya bilər. Bir də ən əsası odur ki, gərək bu, alverə, ticarətə, maddi gəlir mənbəyinə çevrilməsin. Yalnız təmənnasız olaraq insanların həyatını xilas etmək naminə istifadə olunsun”.

Ləman Sərraf


Bənzər xəbərlər