media-inshot_20250909_193607983

Türkiyənin İzmir vilayətində polis idarəsinə hücum edərək 2 polis əməkdaşını öldürən 16 yaşlı yeniyetmə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, silahlı hücumdan sonra yaralı halda saxlanılan yeniyetmənin istintaqı çərçivəsində onun ailə üzvləri barədə də araşdırmalara başlanılıb.

Araşdırma zamanı istintaq çərçivəsində saxlanılan təcavüzkarın atasının 10 il bundan əvvəl sosial şəbəkələrdəki paylaşımı diqqət çəkib. Belə ki, atanın paylaşdığı fotolarda oğlunun ağzında ölü quşlar və oyuncaq silah tutduğu əks olunub.

Xatırladaq ki, sentyabrın 8-də İzmirin Balçova rayonunda Salih İşgören Polis Bölməsinə edilən silahlı hücum nəticəsində 2 polis həlak olub, 6 nəfər isə yaralanıb. Hücum 16 yaşlı lisey şagirdi tərəfindən atasının tüfəngi ilə həyata keçirilib. Cinayətkarın daha əvvəl heç bir cinayətə qarışmadığı bildirilib.

Hadisədən sonra başlayan istintaq çərçivəsində hücumçunun atası, anası,  iki dostu və İran vətəndaşı Xaleq Nooriborojerdi saxlanılıb. Təcavüzkarla əlaqəsi və ya əlaqəsi olduğu müəyyən edilən daha 21 nəfərin saxlanılması ilə bu sayı 27-yə yüksəlib.

media-2-polisimizi-sehit-eden-saldirganin-babasindan-19029066_5258_amp media-2-polisimizi-sehit-eden-saldirganin-babasindan-19029066_4616_m-1

Gülbəniz Səfərova


Bənzər xəbərlər