media-malatyada-56-buyuklugunde-depr-19862742-2019_1_m

Türkiyənin Malatya vilayətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Patrul.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:00-da qeydə alınan yeraltı təkanların ocağı 7,03 kilometr dərinlikdə yerləşib.

Zəlzələ mərkəz ərazi ilə yanaşı, ətraf vilayətlərdə – Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay, Adana, Elazığ və Adıyaman kimi geniş ərazidə də güclü hiss olunub.

Sarsıntı regionda qısamüddətli panikaya səbəb olub, sakinlər yaşayış binalarını tərk edərək küçələrə axışıb. Məktəblərdə dərhal təxliyə prosesi başladılıb.

Malatya Valiliyinin qərarı ilə vilayət miqyasında təhsil müəssisələrində dərslərə 1 günlük fasilə verilib.

Rəsmi qurumların ilkin açıqlamalarına görə, yeraltı təkanlar nəticəsində hər hansı can itkisi, xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb.

Regionda infrastrukturun və rabitə xətlərinin normal fəaliyyət göstərdiyi bildirilir.


Bənzər xəbərlər