media-inshot_20251028_100610211

Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

Patrulaz.az “Sondakika”ya istinadla xəbər verir ki, oktyabrın 27-də baş verən yeraltı təkanlar nəticəsində 3 bina və bir mağaza dağılıb. Xoşbəxtlikdən, hadisə zamanı binaların öncədən boşaldılması insan tələfatının qarşısını alıb.

Rəsmi məlumata görə, zəlzələ nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib. Ölənlərin olmadığı bildirilib.

Balıkesirdə baş verən əsas təkanlardan sonra bölgədə 4,4 bala qədər gücdə 100-dən çox afterşok qeydə alınıb. Zəlzələnin episentri 5,9 kilometr dərinlikdə yerləşib.

Hadisə İstanbul və ətraf bölgələrdə də güclü şəkildə hiss olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək zəlzələdən zərərçəkən vətəndaşlara dəstəyini ifadə edib:

“Balıkəsirin Sındırgı rayonunda baş verən və ətraf ərazilərdə hiss olunan zəlzələdən təsirlənən vətəndaşlarımıza ən xoş arzularımı bildirirəm. AFAD başda olmaqla aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini davam etdirir. Prosesi yaxından izləyir və ölkəmizi hər cür fəlakətdən qoruması üçün Allahdan diləyirik”, – deyə lider bildirib.

Qeyd edək ki, zəlzələ səbəbindən vilayətdə təhsil müəssisələrinin fəaliyyəti bir gün müddətinə dayandırılıb. Həmçinin dövlət qurumlarında çalışan hamilə və əlil işçilərə inzibati məzuniyyət verilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər