media-inshot_20250926_211915816

Antalyanın Kəpəz rayonunda qeyri-adi hadisə baş verib.

Patrulaz.az “İhlas Haber”ə əsasən xəbər verir ki, Kəpəz Bələdiyyəsinin Fabrikalar məhəlləsində yerləşən Dokumaparkda göydən böyük buz topası düşüb.

Hadisə parkda patrulluq edən təhlükəsizlik əməkdaşlarının diqqətini çəkib. Onlar təxminən 20 metr məsafədən güclü səs eşidiblər və əraziyə yaxınlaşdıqda yerə çırpılaraq parçalanmış iri buz topası görüblər.

Maraqlı mənzərə təhlükəsizlik kameralarına da yansıyıb. Görüntülərdə göydən sürətlə enən buz blokunun yerə düşdüyü görünür.

Məlumata görə, ehtimal edilir ki, buz parçası yuxarıdan uçan təyyarədən qoparaq yerə düşüb. Səhər saatlarında havanın temperaturunun yüksəlməsi nəticəsində parça qismən əriyib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.


Bənzər xəbərlər