media-15aeb758-7b91-439e-b48d-71a8593ee7f9

Türkiyədə tədqiqatçılar Nuhun Gəmisinə aid ola biləcək strukturlar aşkar etdiklərini bildiriblər.

Patrulaz.az “News Nation”a istinadən xəbər verir ki, Türkiyənin şərqində yerləşən Durupınar bölgəsində aparılan yeni tədqiqatlar minilliklərdir müzakirə olunan Nuhun gəmisi əfsanəsinə yenidən maraq oyadıb.

Xatırladaq ki, gəmi formasına bənzər qaya strukturu ilk dəfə 1959-cu ildə Türkiyə ordusunun kapitanı İlhan Durupınar tərəfindən Ararat dağları yaxınlığında aşkar edilib. 2019-cu ildən etibarən amerikalı arxeoloq Endryu Consun rəhbərlik etdiyi tədqiqat qrupu bu ərazidə müasir texnologiyalarla araşdırmalara başlayıb. Yerə nüfuz edən radar və elektrik müqaviməti tomoqrafiyası vasitəsilə aparılan tədqiqatlar nəticəsində torpağın 30 fut dərinliyində otaqları xatırladan strukturlar və taxta izlərinə bənzəyən naxışlar müəyyən olunub.

“Bizim gəminin forması var, sonra siz onun ölçüsünə baxırsınız… tam olaraq 300 kral Misir qulacıdır. Bu, Musanın Yaradılış kitabında yazdığı ölçüdür”, – deyə tədqiqatçı Endryu Cons bildirib.

Qeyd edək ki, bəzi alimlər bu strukturun təbii geoloji quruluş olduğunu düşünür. Lakin torpaq analizləri burada üzvi maddələrin üç dəfə çox olduğunu və yüksək kaliumun çürümüş ağaca işarə etdiyini göstərib. Ərazi isə “Yaradılış” kitabında Nuhun gəmisinin dayandığı Ararat dağları ilə üst-üstə düşür.

Gülbəniz Səfərova


Bənzər xəbərlər