media-img_5606

Türkiyənin günəş enerjisi quraşdırılmış gücü keçən ilin eyni dövrünə görə yüzdə 39,3 artaraq 16 Fevral etibarilə 20 min 398 meqavata çatıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının tərtibinə əsasən, bərpa olunan enerji mənbələri arasında su elektrik stansiyalarından sonra ən böyük gücü təşkil edən günəş enerjisi elektrik stansiyalarının (GES) ümumi quraşdırılmış elektrik enerjisində payı 17,5 faizə çatıb. Bu nisbət ötən il fevralın 16-da 13,8 olaraq hesablanıb.

Bu dövrdə Türkiyənin qurulan elektrik gücü 116 min 587 meqavat olaraq qeyd edilib. Dam örtüyü, sahə və hibrid elektrik stansiyalarının istifadəyə verilməsi ilə günəş enerjisinin quraşdırılmış gücü fevralın 16-dan etibarən 20 min 398 meqavata yüksəlib.


Bənzər xəbərlər