media-inshot_20251008_110215664

İstanbul İl Jandarma Komandanlığının apardığı istintaq çərçivəsində “narkotikdən istifadəni təşviq etmək” ittihamı ilə məşhur sosial media fenomeni, müğənni və aktyorlar saxlanılıblar.

Patrulaz.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılanlar arasında tanınmış müğənnilər İrem Derici və Hadisə Açıqgöz, həmçinin sosial media fenomeni olan Dilan Polat və həyat yoldaşı Engin Polat də var.

Həmçinin məşhur aktyorlar Kubilay Aka, Berrak Tüzünataç, Demet Evgar və Özge Özpirinççi də istintaqa cəlb olunub.

Ümumilikdə, ifadələrinin alınması və qan nümunələrinin götürülməsi məqsədilə evlərindən aparılan şəxslərin siyahısı belədir:

İrem Derici; Kubilay Aka; Kaan Yıldırım; Hadise Açıqgöz; Berrak Tüzünataç; Duygu Özaslan Mutaf; Demet Evqar Babataş; Zeynep Meriç; Aral Keskin; Özge Özpirinççi; Mert Yazıcıoğlu; Feyza Altun; Dərin Talu; Deren Talu; Ziynet Sali; Birce Akalay; Metin Akdülger; Ceren Moray Orcan; Dilan Polat; Engin Polat

Qeyd edək ki, istintaq çərçivəsində 19 nəfər saxlanılıb.


Bənzər xəbərlər